
"Azarkeşlər üçün maraqlı oyun keçdi. Bu oyunda çox hadisələr baş verdi. 1:2 uduzsaq belə, oyunçularıma təşəkkür edəcəkdim. Bu heç-heçə qələbəyə bərabər idi. Çünki son dəqiqələrdə qol vurduq. Futbolçularımın göstərdiyi mübarizə məni qürurlandırdı".
Apasport.az-ın xəbərinə görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, "CBC Sport"a müsahibəsində qırmızı vərəqədən sonra oyunun dəyişdiyini bildirib: "Bütün oyun nəzarətimizdə idi. Erkən qol vurmuşduq. Ancaq birinci qırmızı vərəqə hər şeyi dəyişdi. Futbolun içində belə şeylər var.
Qış fasiləsində 3-4 oyunçu transfer etmək istəyirik. Ancaq yayda belə, oyunçu tapmaqda çətinlik çəkirik. Görək qışda bunu necə edə biləcəyik".
Səbuhi Musa
- “Neftçi”dən ayrılan Qriqorçukun yeni ünvanı bəlli olub
- Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
- "Şamaxı"da növbəti ayrılıq
- Yorğun Fransa, ehtiyatlı Danimarka - PROQNOZ
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə