Rəşad Sadıqovun Renato qərarı
01.11.2023 - 21:32

Misli Premyer Liqasının lideri “Zirə” aparıcı futbolçularından biri ilə müqavilə müddətini artırmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisi yayda heyətinə qatdığı Ruan Renato ilə işbirliyini davam etdirməyi planlaşdırır.
Baş məşqçi Rəşad Sadıqov qısa müddətdə komandanın aparıcı oyunçusuna çevrilən müdafiəçinin heyətdə qalmasını istəyir. Tərəflər razılıq əldə edərsə, braziliyalı daha bir il “Zirə”yə məxsus olacaq.
Qeyd edək ki, ötən mövsümü “Qəbələ”də keçirmiş Renato yayda “Zirə” ilə iki illik müqavilə imzalayıb.
- Şahin Diniyev: "Səhvi özümüzdə axtarmalıyıq"
- Şahin Diniyev: "İndi desəm ki, üçüncü yeri istəyirik..."
- "Qarabağ" üçün şad xəbər: O, komandaya qoşulub
- "Difai"dən əzmkar geridönüş, "Qəbələ” liderliyə yüksəldi, - YENİLƏNİB
- “Kəpəz”in kapitanı: "Neftçi"nin avrokuboklarda oynaması işimizə yaradı" - MÜSAHİBƏ
0
0