"Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın "Reyms" klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə "2+1" illik müqavilə imzalanıb.
O, 10 nömrəli formanı geyinəcək. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund "Borussiya"sının yetirməsidir.
2021-ci ildə bu klubdan "Brayton"a keçən Reda "Birminqem", "Seffild Yunayted" və "Blekbern"də də forma geyinib. "Reyms"ə 2023-cü ildə keçən futbolçu "Havr"da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
- Super Liqada ən çox qiyməti düşən futbolçular - Siyahı
- Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışına start verilib - FOTO
- “Dinamo” – “Qarabağ” oyunlarının hakimləri bəlli oldu
- Tarixdə bu gün: Braziliya 5-ci dəfə dünya çempionu oldu
- “Turan Tovuz” liderlə xal fərqini minimuma endirdi - YENİLƏNİB