UEFA Çempionlar Liqasının pley-off turunun ilk matçında "Ferensvaroş" "Qarabağ"ı qəbul edib (1:3).
Apasport.az xəbər verir ki, oyundan sonra ev sahibi komandanın baş məşqçisi Robbi Kin mətbuat konfransında fikirlərini bölüşüb.
"Bens Etvoşun zədələnməsi oyunumuza çox pis təsir etdi. Bu, bizi geriyə saldı. Bundan sonra orta sahədə oyuna lazımınca nəzarət edə bilmədik. Amma fasilədən sonra rəqibin bizi tam üstün oyunla əzdiyini də demək olmaz. Çünki iki qolu standart vəziyyətdən vurdular. Belə qollar buraxmağımız məyusedicidir. Oyunu daha çox nəzarət altında saxlamaq istəyirdik. Deməzdim ki, bizi təəccübləndirdilər. Biz də qollar vurmağa yaxın olduq. Amma epizodları onlar dəyərləndirdi, biz yox.
Bizə motivasiya verən odur ki, rəqib artıq qalib gəldiyini düşünür. Futbolda hər şey mümkündür, bu vəziyyətdən də çıxmaq olar".
- III MDB Oyunları: Stolüstü tennisdə və futbolda həlledici görüşlər
- Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq
- Cəmi 3 ay komandada qaldı: "Fənər"in oyunçusu klubu tərk etdi
- "Sabah" Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq
- Şeydayev Çempionlar Liqasında oynadı, komandası uduzdu