Roman Qriqorçuk istefa verdi - RƏSMİ
07.10.2024 - 20:13

“Neftçi”də gözlənilən ayrılıq nəhayət ki, yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Roman Qriqorçuk istefa verib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Ayrılıq Misli Premyer Liqasının IX turunun “Kəpəz”lə matçından bir neçə gün sonra yaşanıb. “Ağ-qaralar”ın autsayderə məğlub olmasından sonra ukraynalının müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Qriqorçuk 2024-cü ilin yayından “Neftçi”ni çalışdırırdı.
- "Sabah" Azərbaycan Kubokunda finala vəsiqə qazanan 19-cu komandadır
- “Bavariya”nın sabiq futbolçusu komandanın baş məşqçisi ola bilər
- "Göstəriş vermişdik ki, aqressivliyi qoruyaq" - Rəşad Sadıqov
- "Real" 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB
- Nazir: “Futbolda güclü islahatlar lazımdır”
0
0