Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən Belarus millisi problemlə üzləşib.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Vitali Lisakoviç yığmada oynamaqdan imtina edib.
İyunda millimizlə iki dəfə, Slovakiya və Qazaxıstanla isə bir dəfə üz-üzə gələcək belaruslularda “Rubin”in forvardı dəvətə məhəl qoymayıb. Futbolçu Belarus Futbol Federasiyasından gələn zənglərə və mesajlara cavab verməyib. 24 yaşlı oyunçunun bu hərəkətinin səbəbi məlum deyil.
Qeyd edək ki, iyunun 3-də, 6-da və 10-da müvafiq olaraq Slovakiya, Azərbaycan və Qazaxıstanı Serbiyada qəbul edəcək Belarus yığması ayın 13-də Bakıda millimizin qonağı olacaq.
- Qurban Qurbanovun mətbuat konfransının vaxtında dəyişiklik edilib
- "Bavariya" millinin oyunçusu ilə maraqlanır
- Avropa çempionatı: İngilislər almanları məğlub edib kuboka sahib oldular
- "Tituldan asılı olmayaraq, Mourinyo "Fənərbaxça"da qalmalıdır" - Ali Koç
- Azərbaycan bayrağı yandırıldığına görə dünya çempionatı Ermənistana verilmədi