Rüfət Abdullazadə Türkiyəyə doğru - "Səbail"ə rəsmi təklif var
30.01.2025 - 15:18
"Səbail"in futbolçusu Rüfət Abdullazadə karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az saytına verilən məlumata görə, adı hələ ki, açıqlanmayan Türkiyə Birinci Liqa təmsilçisi artıq " Səbail"ə rəsmi təklif edib.
Türklər futbolçunun keçidini bu qış tamamlamaq istəyir.
Hazırda komandalar arasında danışıqlar davam edir.
Yaxın günlərdə Abdullazadənin Türkiyəyə yollanıb-yollanmayacağı dəqiqləşəcək.
- "Real Madrid"in əfsanəsi "Bayer"ə rəhbərlik edə bilər
- "Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb
- "Bavariya"nın müdafiəçisi "Real"ın radarına düşüb
- “Neftçi” “Turan Tovuz”la matçın hazırlığını başa vurub - FOTO
- Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışına start verilib - FOTO
0
0