Rusiya yığmasının matçını Kamal Umudlu idarə edəcək
12.11.2025 - 17:32
Rusiya ilə Peru milliləri arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Matçın baş hakimi Kamal Umudlu olacaq. Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Yan Bobrovski yerinə yetirəcək.
Bu gün keçiriləcək oyuna saat 21:00-da start veriləcək.
0
0