"Sabah" Banskonu seçdi
26.06.2022 - 15:19
“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi hazırlığa iyunun 27-də Bakıda başlayacaq.
Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.
İyulun 17-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.
"Sabah"ın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər isə hələlik dəqiqləşməyib.
- Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı 8 nəfər saxlanılıb, “Diyarbekirspor”da araşdırma başlayıb
- Emil Balayev: "Artıq çəlikləri atmışam" - VİDEO
- Azərbaycan Kuboku: 2025/26 mövsümünün tam təqvimi açıqlanıb
- VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan milliləri növbəti matçlarını keçirəcəklər
- La Liqa: “Betis” autsayderlə bacarmayıb
0
0