“Sabah” “Neftçi” ilə matçın hazırlıqlarını davam etdirir
09.09.2025 - 00:24

Misli Premyer Liqasının IV turu çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Sabah" hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Sabah" çalışmaları ara verməyib.
Komanda bəzi futbolçuların yoxluğuna baxmayaraq bu gün də məşqləri davam etdirib.
Qeyd edək ki, "Neftçi" - "Sabah" matçı sentyabrın 14-ü saat 19:00-da start götürəcək.
0
0