"Sabah" - "Neftçi" matçının biletləri satışda
04.04.2025 - 12:52

"Sabah" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, qarşılaşmanın biletləri satışa çıxarılıb.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 1, 2, 15, 20 azn təşkil edir.
Biletlər "iticket.az" saytı və qarşılaşmanın keçiriləcəyi “Bank Respublika Arena”nın kassalarında satılacaq.
Qeyd edək ki, görüş aprelin 23-də, saat 20:00-da baş tutacaq.
0
0