"Sabah" "Zirə"ni məğlub etdi - ÇEMPİON OLDU
22.05.2025 - 18:30
"Sabah" "Zirə"ni məğlub etdi - ÇEMPİON OLDU

Gənclər Liqasında XXXVI turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, "Sabah"ın U-19 komandası səfərdə "Zirə"nin müvafiq yaş qrupu ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda keçirilən matç qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 89-a çatdıran klub mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.