“Sabah”ın məşqçisinə 5 oyunluq cəza
03.04.2025 - 13:37
“Sabah”ın məşqçisi Aleksey Antonyuk cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
O, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə matçında etdiyi hərəkətə görə cəza alıb.
Mütəxəssis görüşün 90+3-cü dəqiqəsində hakimləri təhqir edib. Məşqçi bu səbəbdən 3-ü şərti olmaqla 5 oyun cəzalanıb.
Sınaq müddəti 3 ay təyin edilib. “Sabah” 4000 manat cərimələnib.
- Di Maria Maradonanın uğurunu geridə qoydu
- Güləşçimiz Dünya Çempionatında bürünc medal qazanıb
- Qurban Qurbanov: “Qarabağ”dan başqa heç yerdə işləmək istəmirəm”
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Çempion “Barselona”ya geri dönür
0
0