“Sabah”ın qapıçısı oynadı, komandası uduzdu
06.06.2025 - 17:22
“Sabah”ın qapıçısı oynadı, komandası uduzdu

“Sabah”ın qapıçısı Stas Pokatilovun formasını geyindiyi Qazaxıstan millisi Belarus yığması ilə yoldaşlıq oyunu keçirib.

Apasport.az xəbər verir ki, Minskdə baş tutan oyun qonaqların 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Pokatilov 90 dəqiqə meydanda olub.