“Sabah”ın U-10 komandası İspaniyanın paytaxtı Madriddə baş tutacaq “MadCup” beynəlxalq turnirinə qatılacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid təmsilçiləri “Atletiko” və “Real”ın təşkilatçılığı ilə keçiriləcək yarışda 5 qitədən müxtəlif ölkələri təmsil edən 90 komanda mübarizə aparacaq.
Savalan Əlizadənin baş məşqçisi olduğu "Sabah" İspaniyanın “Atletiko”, “Pozuelo De Alarkon”, “CDE DR Akademi Sport”, həmçinin ABŞ-nin “Doral” komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, turnirin açılış mərasimi iyunun 24-də, Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. Mərasimdə David Vilya, Fernando Torres kimi futbol ulduzlarının da iştirakı nəzərdə tutulub.
- "Atletiko" "Trabzonspor"un futbolçusunu istəyir
- Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatına start verilib
- Azərbaycan kubokunda mövsümün ilk oyunlarının vaxtı dəqiqləşdi
- “Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
- Elvin Məmmədov: “Oyunçuları matça kökləmək çətindir”