Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək
17.04.2025 - 13:53

“Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovu karyerasını doğma ölkəsində davam etdirəcək.
Apasport.az xəbər verir ki, 35 yaşlı forvard Cənubi Afrikanın I Liqa təmsilçisi “Marmo Qallants”la anlaşma əldə edib.
Xatırladaq ki, Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin yanvarına qədər “Qarabağ”ın heyətində çıxış edib. O, Ağdam klubunda 54 rəsmi oyuna çıxıb, 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0