“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi növbəti dəfə Şahin Diniyevə tapşırılacaq.
Misli Premyer Liqasının ilk 4 turundakı məğlubiyyətin ardından Yaşar Vahabzadəni istefaya göndərən klub rəhbərliyinin bir neçə namizədi var idi. Onlardan sabiq “Səbail”li Aftandil Hacıyevə təklif göndərilsə də, mütəxəssis bəzi məsələlərin müzakirəsinin və dəyişikliklərin vacibliyini vurğulayıb.
Daha sonra Diniyevlə təmasa keçən gəncəlilər hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan 56 yaşlı çalışdırıcı ilə hərtərəfli razılığa gəlib. Rəhbərlik son anda fikrini dəyişməsə, V turda “Qarabağ”la keçiriləcək qarşılaşmanın ardından Diniyev komandanın sükanı arxasına keçəcək. “Kəpəz” – “Qarabağ” oyunu sentyabrın 1-də Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, Şahin Diniyev 2004-2005 və 2015-2017-ci illərdə “Kəpəz”i çalışdırıb.
- “Kəpəz” “qış təmizliyinə” hazırlaşır – iki legionerlə yollar ayrılacaq
- Zirənin transfer planı -Sabiq "Turan Tovuz"lu Azərbaycana qayıda bilər
- Daha 2 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq
- A Seriyası: “Torino” “Roma” səfərindən 3 xalla qayıdıb
- “Yuventus” portuqaliyalı futbolçu ilə maraqlanır