“Hələ uyğunlaşıram. Yeni çempionat, fərqli səviyyədir. Buna öyrəşmək lazımdır”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
“Adana Dəmirspor”un qolkiperi Rusiya mətbuatına açıqlamasında Türkiyə klubuna uyğunlaşmasından danışıb: “Amma mənə digərlərindən daha asandır. Azərbaycan dilini bilirəm, türklər və azərbaycanlılar çox yaxındır. Məni çox yaxşı qarşıladılar. Heç bir problem yoxdur. Burada Artyom Dzyubanı da yaxşı xatırlayırlar. Onun zarafatı sevən yaxşı oğlan olduğunu deyirlər”.
Qeyd edək ki, Məhəmmədəliyev bu ilin avqustunda Adana təmsilçisinə keçib.
- Gəncə məktəbliləri sərbəst güləşdə fərqləniblər
- Sosa: "Argentinanı layiq olmayan qələbə münasibətilə təbrik edirəm"
- III MDB Oyunları: Azərbaycanın bayraqdarları müəyyənləşib
- "İmişli" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB
- Azərbaycanlı supervayzer Çempionlar Liqasına təyinat aldı