Şahruddin Türkiyədən ayrılır
26.02.2024 - 21:48
Azərbaycan millisinin və “Adana Demirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev mövsümün sonuda komandanı tərk edə bilər.
Apasport.az saytına verilən məlumata görə, klubda həm maliyyə problemləri yaranıb, həm də futbolçuya olan maraqlar az deyil.
Belə ki, Rusiya Premyer Liqasında yarışan “Rubin” Şahruddin üçün hərəkətə keçib. Kazan təmsilçisi mövsümün sonunda Məhəmmədəliyevlə 2 illik müqavilə imzalamağı planlaşdırır.
29 yaşlı qapıçının “Adana Demirspor”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.
- "Mançester Yunayted"in yeni sahibi "Barselona"nın futbolçusunu almaq istəyir
- Niderlandlı futbolçu "Yuventus"da debüt etdi - FOTO
- Yığmamıza qarşı 23 slovakiyalı - HEYƏT
- Vitali Borisov: “Şanslar bərabərdir”
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
0
0