“Şamaxı” – “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal dəyişdirilib
15.05.2025 - 15:36
Misli Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" klubu məlumat yayıb.
Bildirilib ki, PFL bu görüşün yayım hüququnu "İdman TV"-yə verib. Mayın 17-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.
"CBC Sport" həmin gün eyni saatda start götürəcək "Zirə" - "Sabah" və "Sumqayıt" – "Turan Tovuz" oyunlarını canlı yayımlayacaq. Bu səbəbdən “Şamaxı” – “Araz-Naxçıvan” matçı İdman TV-də nümayiş olunacaq.
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- “Qızıl top”un sahibi: "Bir gün vətənə qayıdıb, orada yenidən oynaya biləcəm"
- Azərbaycan – Fransa oyununun hakimləri açıqlanıb
- “Barselona” “Real”ı məğlub edib çempion oldu
- "Qalatasaray" erməni futbolçunu transfer etmək istəyir
0
0