2023/2024 mövsümündə Birinci Liqada çempion olaraq yeni sezondan Premyer Liqada oynamaq haqqı qazanan “Şamaxı” heyətini gücləndirməyə çalışır.
Premyer Liqadakı ilk ilindən fərqli olaraq, bölgə klubu heyətinı legionerlər cəlb edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivə portuqaliyalı futbolçu qoşula bilər.
Apasport.az saytına verilən məlumata görə, “Şamaxı”nın maraq dairəsində olan futbolçu Rikardi Fernandes Joze Silvadır.
Portuqaliyada “Torreense”nin qapısını qorumuş 29 yaşlı qolkiper “Belenenseş”, “Oliveyrense”, “Anadiya”, “Fafe”, “Famalikao”, “Akademika Vizeu”, “Santa-Klara” komandalarında çıxış edib.
Onun “Şamaxı” ilə 1 illik müqavilə imzalayacağı gözlənilir.
- Rəvan Həmzəzadə Əvəzedicilər Liqasına göndərildi - RƏSMİ
- Hüseyn Yüceldən şok iddia: "Serdal Adalı sponsorluq üçün anlaşdığımız şirkətin müdirini təhdid edib"
- AFFA Rauf Allahverdiyevi milliləşdirmək istəyir
- UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir
- "İnter" əlavə vaxtda 3 xalı əldən verdi