“Şamaxı”da növbəti ayrılıq
28.05.2025 - 19:47
“Şamaxı”da növbəti ayrılıq

"Şamaxı"da daha bir ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Vasiliye Bakiçlə yollarını ayırıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. 

Xatırladaq ki, “Şamaxı”nın aparıcı futbolçularından Brahim Konate və Leroy Mikels də komandadan ayrılıb.