"Şamaxı"da yeni müqavilə: İsmayılovla daha 2 il
07.06.2026 - 14:58
"Şamaxı"da yeni müqavilə: İsmayılovla daha 2 il

Misli Premyer Liqası təmsilçilərindən “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.

Apasport.az xəbər ki, bölgə təmsilçisi futbolçusu Həbib İsmayılovla yeni müqavilə imzalayıb.

Anlaşmaya əsasən, İsmayılov növbəti iki mövsümdə də “Şamaxı”nın formasını geyinəcək.

Qeyd edək ki, “Şamaxı” Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 38 xalla səkkizinci pillədə başa vurub. Komandanın aktivində 9 qələbə, 11 heç-heçə və 13 məğlubiyyət var.