"Şamaxı"nın Antalyadakı oyunu yarımçıq qaldı - VİDEO
11.01.2023 - 20:37
"Şamaxı"nın bu gün Antalyadakı təlim-məşq toplanışı zamanı keçirdiyi yoxlama oyunu yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb.
"Şamaxı" ikinci oyunu Rumıniyanın “Botoşan” komandasına qarşı keçirib. 18:30-da start götürən oyun ikinci hissədə yarımçıq dayandırılıb. Buna səbəb güclü yağışın yağmasıdır.
Qeyd edək ki, 68 dəqiqə oynanılan matçda "Şamaxı" rəqibinə 0:1 məğlub olurdu.
- Vüqar Nadirov: “Qarabağ”ın hazırkı heyəti Çempionlar Liqası üçün yetərli deyil” - Müsahibə
- “Fənərbaxça” qələbə ilə pley-offda
- Güclü yağış İtaliyada matçın təxirə salınmasına səbəb olub
- Türkan Nəsirova və Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
- “Ostende”nin üstünlüyü və ya "Qarabağ"ın rəqibinin meylliliyi
0
0