“Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB
28.09.2026 - 23:27
“Şamaxı”nın futbolçusu David Santos fərdi məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, braziliyalı oyunçu ötən mövsümün sonunda “Sabah”la oyunda dizindən ağır zədə almışdı. Onun ön çarpaz bağında qopma aşkarlanmış və may ayında Portuqaliyada əməliyyat olunmuşdu.
24 yaşlı müdafiəçi 2025-ci ilin yayında “Şamaxı”ya keçib.
0
0