
"Şamaxı"nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasının 36-cı turunun “Qarabağ”la matçından öncə klubun idarə heyətinin sədri Elçin Usub 40 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, K.Bayramov bu ilin yanvar ayından "Şamaxı"nın formasını geyinirdi. O, 2020-2022-ci illərdə də "Şamaxı"da oynayıb. Qolkiper karyerası ərzində "Turan Tovuz", "Səbail", "Zirə", AZAL, "Araz-Naxçıvan", "Rəvan", "Xəzər Lənkəran", "Muğan" və "Neftçi"də də çıxış edib.