"Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq".
Apasport.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis "Gənclərbirliyi" ilə oyundan sonra komandanın nəticənin önəmli olmadığını deyib: "Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlıqlarımız da davam edir. Bugünki yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik".
Qeyd edək ki, "Sumqayıt" "Gənclərbirliyi"ni 1:0 hesabı ilə məğlub edib.
- Millimizin oyununa bilet satışına start verildi
- Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
- Kenan Yıldız tarixə düşdü - Del Pyeronu kölgədə qoydu
- “Arsenal” və “Liverpul” ekvadorlu müdafiəçi üçün yarışır
- Kamran Quliyev İtaliya səfiri ilə görüşdü - FOTO