Samir Abasov onları komandadan göndərdi - RƏSMİ
21.08.2025 - 15:21

"Neftçi" iki futbolçunu əvəzedici komandaya göndərib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.
Buna səbəb baş məşqçi Samir Abasovun qərarı olub. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.
Qeyd edək ki, Şeydayev 2024-cü ilin yayından, Ohori isə 2025-ci ilin qışından "Neftçi"də çıxış edir.
0
0