Santuş DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək
13.12.2024 - 10:08
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Tədbirə milli assosiasiyanın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığmanın direktoru İlqar Qurbanov da qatılacaqlar.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
- Boksçumuz II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib
- Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Şəkidə təlim-məşq toplanışındadır
- “Çelsi” Sterlinqə qiymət qoyub
- “Qalatasaray”ın etirazından sonra VAR hakimi ilə bağlı İddia
- “İrəvan”ın rəhbəri: “Bura 90-cı illərin Xalq Cəbhəsi deyil ki…”
0
0