“Şəfa”da yeni müqavilə - RƏSMİ
19.06.2026 - 16:45
“Şəfa” futbolçusu Nahid Əliyev ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi yeni 1 illik anlaşmaya imza atıb.
U-21 millimizin üzvü olan Nahid Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.
0
0