"Şəfa"dan növbəti transfer: Son çempion Bakı klubunda
09.06.2026 - 12:11
Misli Premyer Liqasının yeni komandası "Şəfa" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nicat Mehbalıyev son olaraq "Sabah"ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub.
25 yaşlı qolkiper karyerası ərzində "Qarabağ"ın da şərəfini qoruyub. O, müxtəlif vaxtlarda icarə əsasında "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib.
- “Mançester Siti”ni gözləyən cəzalar – liqadan uzaqlaşdırılma, xalların silinməsi...
- "Alaves" "Betis"i Kral Kubokundan kənarlaşdırdı
- AVRO-2023: Azərbaycanın potensial rəqibləri bəlli oldu
- “Borussiya” Bellingem üçün 33 milyon avro ödəyəcək
- Taekvondoçularımızdan Avropa birinciliyində son 17 ilin rekordu – 8 medal
0
0