"Bir çox şirkətlə danışıqlar gedir".
Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Media və Marketinq Departamentinin direktoru Sənan Abdullayev Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimində deyib.
"Hər iki tərəfi razı salmayan məqamlar var. Ölkənin ən böyük, köklü turniri üçün sponsorla asanlıqla anlaşmaq doğru deyil. Hər iki tərəfi razı salan anlaşma olmalıdır. Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik. Təkliflər, danışıqlar var. Ümid edirik, kubokun adına, səviyyəsinə uyğun sponsorla anlaşa biləcəyik".
Qeyd edək ki, Azərbaycan kubokunun I təsnifat mərhələsi 12-13 oktyabr, II təsnifat mərhələsi 29-30 oktyabr, 1/8 final 3-4 dekabr, 1/4 final 5-6 fevral və 27-28 fevral, yarımfinal 2 aprel və 23 aprel, final isə 1 iyunda gerçəkləşəcək.
- "Kəpəz"in kapitanı: "Uçuşlar mənim üçün stressdir"
- Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi və medalı təmin etdi
- “Fənərbaxça”nın heyətindən çıxarılan futbolçu “Trabzonspor”a keçə bilər
- Samir Abasov Xavi Hernandezlə görüşəcək
- Kuzmanoviç: “Güclü komandalara qarşı layiqli oyun nümayiş etdiririk”