Misli Premyer Liqasında komanda sayı dəyişdirilməyəcək.
Apasport.az saytının məlumatına göırə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
O, İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, növbəti mövsümdə də 10 komanda olacaq: “Şamaxı” sonuncu yeri tutduğu üçün I diviziona düşəcək. Orada çempion olan “Araz Naxçıvan” isə Premyer Liqada oynayacaq”.
Hacıyev daha öncə açıqlama verən Elmar Məmmədyarovun fikirlərinə də münasibət bildirib. Baş katib komanda sayının 12-yə çatdırıldığını, “Şamaxı”nın Premyer Liqada qaldığını, “Araz Naxçıvan” və “Zaqatala”nın ora yüksəldiyini bildirən komitə üzvünün qərarı yanlış başa düşdüyünü qeyd edib.
- Yarımçıq qalan oyunla bağlı qərar açıqlandı: “Xilasedici”yə texniki məğlubiyyət
- “Qalatasaray”ın heyəti açıqlandı: OSİMHEN YOXDUR
- İqor Rodriqes: “Qarabağ"ın Portuqaliyadakı qələbəsi məni təəccübləndirmədi" - Müsahibə
- Azərbaycan kuboku: NTD və “Abşeron” mərhələ adlayıb
- Coy-Lens Mikels yenidən “Sabah”da