“Şimal”ın məşqçisi: “Təmsil etdiyimiz regionda mübarizə aparmaq istəyirik”
27.05.2026 - 20:33
“Şimal”ın məşqçisi: “Təmsil etdiyimiz regionda mübarizə aparmaq istəyirik”

Azərbaycanın I Liqa təmsilçisi “Şimal” bu gün II Liqada turnir cədvəlini 2-ci pillədə başa vuran “Qaradağ Lökbatan”la pley-off matçında qarşılaşıb.

Apasport.az xəbər verir ki, oyundan sonra Xaçmaz təmsilçisinin məşqçisi Mehman Səfərovun mətbuat konfransı keçirilib.

“Oyun gözlədiyimiz kimi çətin keçdi. Bilirdik ki, rəqib güclü komandadır. Qol buraxdıq, daha sonra toparlanıb geri dönüş etdik. “Şimal”ın növbəti mövsümdə daha güclü olacağına ümid edirik. Rəhbərliklə görüşümüz olacaq.

Növbəti mövsümdə Xaçmaz Olimpiya Kompleksinin stadionunda oynayacağımızla bağlı söz veriblər. Biz də istəyirik ki, təmsil etdiyimiz regionda mübarizə aparaq”.

Qeyd edək ki, “Şimal” növbəti mövsümdə çıxışını I Liqada davam etdirəcək.