"Qələbə münasibətilə "Sabah"ı təbrik edirəm".
Apasport.az xəbər verir ki, bunu "Petrokub"un (Moldova) baş məşqçisi Şota Maxaradze UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"a qarşı cavab oyunundan (4:1) sonra mətbuat konfransında deyib:
"Onlar artıq növbəti mərhələlədədir. Biz Kişinyovdakı matçdan sonra çətin durumdaydıq. Bakıdakı matçda daha çox risk etməli olduğumuzu başa düşürdük. Sonda da iki qol buraxdıq. Lazımsız qollar gördük qapımızda. Təbii ki, belə səhvlər bağışlanılmır.
Düzünü desəm, birinci matçda 82 dəqiqə rəqiblər eyni səviyyədə futbol göstərdi. Qol imkanlarımız da var idi. Amma qapımızda qollar gördük. Son dəqiqələrdə ikinci qolu buraxmışdıq. Bu dəfəki görüş də oradakı oyunun davamı kimi odu. Təbii ki, bu cür uduzmaq xoş olmur. Amma bilirik ki, yaxşı komandamız var".
- “Qarabağ” “Neftçi”ni, Qurban Qurbanov Mehman Allahverdiyevi keçdi
- Millimizin oyunçusu: “Bu dəfə səhv etməməliyik” - Müsahibə
- Ayxan Abbasov: "Komandanın potensialı ümid verir"
- Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
- Fransa Superkubokunun qalibi bəlli olub - TARİXİNDƏ 14-cü dəfə