"Sumqayıt" ekvadorlu futbolçu ilə müqavilə imzaladı- Rəsmi
22.02.2024 - 16:51
2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu Cordan Rezabala ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.
Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib.
O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.
- Milyonçu olan proqnozsevər: “Mərakeşin bir futbolçusunun da adını bilmirəm”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- Françesko Kaltsona: “Azərbaycan çox təhlükəli rəqibdir”
- Azərbaycanlı döyüşçüdən UFC-də inamlı qələbə
- "Arsenal"ın müdafiəçisi yenidən A Seriyasında çıxış edə bilər
0
0