“Sumqayıt” Premyer Liqada 75-ci ev qələbəsini qazanıb
20.10.2025 - 10:31
“Sumqayıt” Premyer Liqada 75-ci ev qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi buna 223-cü matçında nail olub.
Bu, Misli Premyer Liqasının VIII turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında “Karvan-Yevlax”ı üstələyib – 4:1.
İlk ev qələbəsi 2011/12 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadır.
- Andrey Lunyov: "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etdiyinə şadam"
- Mahmud Qurbanov: “Üç əvəzetmə ilə oyunu canlandırdıq”
- AAAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”
- "Quba" "Lənkəran"ı məğlub edib
- Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
0
0