“Sumqayıt” daha bir əcnəbi futbolçunu transfer edib.
Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu dəfə yarımmüdafiə xəttini gücləndirib.
Klub portuqaliyalı pleymeyker Filipe Çabinin transferini xüsusi videoçarxla təqdim edib. O, yeni komandası ilə 2 illik müqavilə bağlayıb. “Sportinq”in B komandasından ayrılaraq “Sumqayıt”a qoşulan 28 yaşlı pleymeyker qısa açıqlamasında transferə münasibət bildirib: “Sumqayıt”la müqavilə imzaladığım üçün çox xoşbəxtəm. Komandam üçün əlimdən gələn hər şeyi edəcəyəm”.
Qeyd edək ki, Portuqaliyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Filipe Çabi karyerası ərzində yalnız ölkəsində çıxış edib. İlk dəfə legioner həyatı yaşayacaq hücumameyilli oyunçu “Sportinq”in yetirməsi olsa da, bir çox yerli klubda icarə əsasında çıxış edib.
- Təbriz Həsənov: “Qarabağ” heç-heçə etsə, bizim üçün elə qələbə kimidir” - MÜSAHİBƏ
- Portuqaliya - Azərbaycan oyununun hakimləri bəlli olub
- Adrian Mutu: "Beşiktaş"la matçda 2 top fərqini aradan qaldırmalıyıq" - MÜSAHİBƏ
- Dünya çempionumuz: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi"
- Azərbaycanlı nümayəndə ilk dəfə avrokubokların 1/4 finalında