“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün yekunu ilə bağlı hesabat dinlənilib, növbəti mövsümün planı müzakirə olunub.
Müşahidə Şurasının sədri, “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarını məlumatlandırıb. “Sumqayıt”ın prezidenti Riad Rəfiyev mövsümün yekunu ilə bağlı hesabatı təqdim edib. Hesabatda komandanın mövsümü 4-cü pilləsində başa vuraraq Konfrans Liqasına vəsiqə əldə etməsi, eləcə də klub akademiyasının və qızlardan ibarət komandanın çıxışı barədə məlumat verilib.
Klub prezidentinin çıxışından sonra iclas iştirakçıları söz alaraq öz fikirlərini bildiriblər. Yekdil rəyə əsasən, klubun mövsüm ərzindəki çıxışı uğurlu hesab edilib və bununla bağlı rəhbərliyə və məşqçi heyətinə təşəkkür ifadə edilib.
Daha sonra növbəti mövsümün planları ilə bağlı müzakirələr olub.
- Ferstappen Qətər Qran-prisinin qalibi olub
- Elxan Səmədov: “Finalın hansı stadionda keçiriləcəyi bilinmir”
- Neftçalada aerobika gimnastikası üzrə VIII ölkə çempionatına start verilib
- Naxçıvan şəhərində "Sağlam həyat" günləri keçirilib
- “Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri Burak Elmas və Fikrət Orman saxlanılıb