Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la cavab oyununa çıxacaq “Sürix” bir futbolçusunun xidmətindən məhrum qalacaq.
Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, müdafiəçi Beçir Omeraqiç bugünkü matçı buraxacaq.
Buna səbəb 20 yaşlı mərkəz müdafiəçisinin hələ də zədəsini tam sağaltmamasıdır. Bu üzdən Bakıdakı görüşə gətirilməyən İsveçrə millisinin üzvü Sürixdə də baş məşqçi Franko Fodanın sərəncamında olmayacaq. Onunla yanaşı, yarımmüdafiəçi Blerim Dzemailinin də zədə ucbatından bu gün meydana çıxmaması gözlənilir.
Qeyd edək ki, “Sürix” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb.
- Alman vurur, ingilis sevinir - 46 min 380 dollarlıq qazanc
- İngiltərə-Serbiya matçından sonra Kosovodan UEFA-ya şikayət
- Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO
- Nazir: “Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq”
- Ölkə birinciliyinin zona yarışına start veriləcək