Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa birinciliyində uğura imza atan yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyası açıqlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimi olub. Millinin üzvlərini Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar.
Qeyd edək ki, taekvondoçularımız Belqradda 1 qızıl və 1 bürünc medal qazanıb. Komandamızın heyətində Şəms Əlizadə Avropa çempionu tituluna yiyələnib, İlyas Hətəmli fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- Boksçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli olub
- 305 günlük həsrətə “Qalatasaray”da son
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi