“Azərbaycanla görüşün start “11-liy”imiz barədə heç nə deməyəcəyəm. Bu matçda bəzi dəyişikliklər olacaq”.
Apasport.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko deyib.
O, AVRO-2024-ün sabah Azərbaycana qarşı keçiriləcək matçı ərəfəsində mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis oyun barədə fikirlərini açıqlayıb: “Azərbaycan millisi çox ciddi rəqibdir. Komandamızda yenilik istəyirik. Azərbaycan yığması İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdi. Biz də Bakıda da çətin anlar yaşamışdıq”.
Qeyd edək ki, Belçika – Azərbaycan oyunu noyabrın 19-da, Brüssel şəhərindəki “King Baudouin Stadium”da baş tutacaq.
- İdmançımız Türkiyədə qızıl medal qazanıb
- “Liverpul” əfsanəsi: “Mançester Yunayted” gülüş obyektinə çevrilib”
- "Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
- Bakıda taekvondo festivalı - FOTOLENT
- Dünya çempionatında iştirak edəcək cüdoçularımızın siyahısı müəyyənləşib