Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaqlar.
Apasport.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri bu məqsədlə əvvəlcə Çinə yollanıblar.
Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar. İdmançılar daha sonra qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaq.
Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.
- Azərbaycan millisi dünya birinciliyində mübarizəni dayandırıb
- Premyer Liqada daha bir məşqçi istefası
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- I Liqa: Autsayderlərdən inamlı qələbələr - YENİLƏNİB
- Yüksək Liqada yeni mövsümün başlayacağı tarix bəlli olub