"Tottenhem"in Kudüs planı
30.06.2025 - 16:23

İngiltərə təmsilçisi “Tottenhem” yay transfer işlərinə davam edir.
Apasport.az xəbər verir ki, ötən mövsümü uğursuz keçirən London klubu Muhammed Kudüsü heyətinə qatmaq istəyir.
"Spurs" artıq qanalı futbolçu üçün klubu "Vest Hem"lə danışıqlara başlayıb.
Kudüsün transferi üçün daha əvvəl "Çelsi" və "Arsenal" da maraq göstərib. Ancaq futbolçu və klubuyla razılıq əldə olunmayıb.
24 yaşlı yarımmüdafiəçi də "Tottenhem"ə keçidə isti baxır.
Qeyd edək ki, Qana millisinin üzvü 2023-cü ildə "Vest Hem"ə “Ayaks”dan 43 milyon avro qarşılığında transfer olunub.
0
0