"Trabzonspor"da ayrılıq
18.01.2024 - 15:43
"Trabzonspor" Yens Ştriger Larsenlə yollarını ayırdı.
Apasport.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisi məlumat yayıb.
Klub 32 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı olaraq xitam verildiyini açıqlayıb: "Şirkətimiz ilə peşəkar futbolçumuz arasında müqavilə qarşılıqlı olaraq ləğv edilib. Razılaşmaya əsasən, oyunçuya heç bir xitam təzminatı verilməyəcək".
Qeyd edək ki, cari mövsümdə “Trabzonspor”da 17 matça çıxan danimarkalı futbolçu fərqlənə bilməyib.
- "Gəncə"dən növbəti qələbə
- Aleks Souza: "Səfər görüşünə qələbə üçün gedəcəyik" - Müsahibə
- “Araz-Naxçıvan”ın futbolçusu: "Avrokuboklara vəsiqə qazanmağımız mümkündür" – Müsahibə
- Jorj Kaşkilya: “Azarkeşlərin "Qarabağ"ı dəstəkləməsi oyunçularıma motivasiya verirdi”
- Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
0
0