
Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdıran gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.
Onun debütü “Qarabağ”la XXIII turdan təxirə salınan matça təsadüf edib. Tsxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.
O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.
Qeyd edək ki, 4 legioner baş məşqçi Azərbaycan Premyer Liqasında iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- "Qarabağ" yoldaşlıq oyununda məğlub olub - YENİLƏNİB
- Adil Embarş: “Elə bil Azərbaycan yığmasına azarkeşlik edirlər”
- Zelim Kotsoyev: "Mehriban Əliyevanın təbriki mənə əlavə motivasiya verdi"
- Xulian Alvares: "Qvardiola mənə dedi ki, Argentina çox yaxşı komandadır"