"Turan Tovuz" alban hücumçu transfer etdi
22.01.2023 - 14:26
"Turan Tovuz" yeni hücumçu transfer edib.
Apasport.az xəbər verir ki, albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb.
Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
Qeyd edək ki, “Vlazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu son olaraq Albaniyada “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda 6 qol vurub.
- Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı baş tutub - FOTO
- Qadın güləşçilərimiz dünya çempionatını medalsız başa vurublar
- Yunan-Roma millimizdən AÇ-də daha bir qızıl medal
- "Səbail" və "Sumqayıt" Türkiyədə yoxlama oyunu keçirəcək
- Valdemar Almeyda: “Bu, möhtəşəm olacaq”
0
0