“Turan Tovuz” “Dinamo” ilə qarşılaşacaq
23.07.2022 - 10:42
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un yoxlama görüşündəki rəqibləri müəyyənləşib.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, bölgə təmsilçisi 3 sınaq matçında çıxış edəcək.
Premyer Liqanın debütantı yerli komandalarla qarşılaşacaq. Komanda iyulun 23-də “Merani” (17:00), 27-də Tbilisi “Dinamo”su (20:00), 29-da isə “Qaqra” (17:00) ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk oyununu evdə “Qəbələ”yə qarşı keçirəcək.
- “Sabah”ın baş məşqçisinin cəzası açıqlandı
- Təmsilçimiz yarımfinala yüksəlib
- Millimizin baş məşqçisi: "Hədəfimiz dünya çempionatının finalına vəsiqə qazanmaqdır"
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
- “Espanyol” azarkeşləri “Barselona” ilə oyun üçün siçanlarla təxribat hazırlayır
0
0