“Turan Tovuz”dan “Tottenhem”in yetirməsinə təklif
20.04.2023 - 13:23
“Turan Tovuz” futbolçusu Natan Oduva ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı böyük britaniyalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək.
Klub rəhbərliyi 27 yaşlı legioneri heyətində saxlamaq istəyir. Tovuzlular Natanın mövsümün arxada qalan hissəsindəki çıxışından məmnun qalıb.
Lakin Natan daha iddialı klubların da maraq dairəsindədir. “Neftçi” və “Qəbələ” də vingeri heyətində görmək niyyətindədir.
Qeyd edək ki, “Tottenhem”in yetirməsi Premyer Liqanın 23 matçında 4 qol vurub.
- İngiltərə millisinin futbolçusu DÇ-2022-ni buraxa bilər
- Sərxan Hacıyev: “Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı"
- Premyer Liqa klubunun gözü “Ayaks”ın müdafiəçisində
- Qurban Qurbanov: "10 milyon azərbaycanlı bizimlədir" - MÜSAHİBƏ
- “Qarabağ” avrokubok təcrübəsinə görə “Lex”i üstələyir” - PROQNOZ
0
0