U-19 millimiz Qazaxıstanı məğlub edib
04.06.2024 - 21:04
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-19 Qazaxıstan komandasını məğlub edib.
Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qollarını 27-ci dəqiqədə Nihad Əhmədzadə, 87-ci dəqiqədə isə Şahin İbrahimov vurublar.
Qeyd edək ki, millimiz turnir çərçivəsində iyunun 7-də Türkiyə U-20, ayın 10-da isə saat Moldovan U-19 komandaları ilə qarşılaşacaq.
- Rimas Kurtinaytis: "Sərgilənən oyun bizi qane edir"
- İlkin Qırtımov: "Komandamın yanında olmaq üçün məşqlərə tez qoşulmağa çalışacağam"
- III MDB Oyunları: Azərbaycanlı atıcılar gümüş medal qazanıb
- "Neftçi Arena" "Zirə" - "Hayduk" matçına ev sahibliyi edəcək
- “Qalatasaray” Gündoğan transferindən imtina etdi - SƏBƏB
0
0